Gürcüstandakı ermənilər sərhədi bağlamağa cəhd edib – Əraziyə polis gəlib

10:25 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Ötən gecə saat 22:00 radələrində Cavaxetiyada ermənilər Gürcüstan-Türkiyə magistral yolunu bağlayıblar.

ABC.AZ xəbər verir ki, etiraz edən min nəfərə yaxın ermənilər Türkiyədən gələn yük maşınlarını buraxmayacaqlarını bildiriblər.

Etirazçılar iddia ediblər ki, Türkiyə bu yol boyunca Azərbaycana silah daşıyır.

Hadisə yerinə polis əməkdaşları səfərbər olunublar. Etirazçılar Ermənistan-Gürcüstan sərhədi açılmayana qədər, yardımlarımız Ermənistana çatmayanadək, Türk yük maşınları Gürcüstan ərazisinə girməyəcək bir neçə tələb irəli sürüblər.  Qeyd edək ki, hazırda yolun açıq olduğu bildirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər