Kolleclərə qəbul üçün ixtisas seçiminin vaxtı uzadıldı – Bu tarixdə keçiriləcək

11:29 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.

ABC.AZ xəbər verir ki, abituriyentlərin nəzərinə çatdırılıb ki, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər