Daha bir ölkədən Azərbaycana dəstək – Lazım olarsa hərbi yardım da edərik

10:55 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Ehtiyac yarandığı təqdirdə Ukrayna Azərbaycana hərbi yardım göstərəcək.

ABC.AZ-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bunu Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenko "Ukrayna 24" telekanalının efirində bildirib.

O qeyd edib ki, Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır.

Deputat sözlərini daha da kpnkretləşdirərək yardımın detallarını da açıqlayıb: "Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər