Gürcülər həyəcan təbili çalır – Xəstəlik sürətlə artır

11:22 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord səviyyədə artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 453 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən 295 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 7,093 nəfərə çatıb. Onlardan 3,714 nəfəri isə tam olaraq sağalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər