Bu ölkə də Azərbayacana dəstək çıxdı – Dağlıq Qarabağ Azərbaycanın sərhədləri daxilindədir

11:36 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Sentyabrın 27-də rəsmi olaraq Azərbaycan ərazisinin bir hissəsi olan, lakin ermənilərin nəzarətində olan Dağlıq Qarabağ bölgəsində döyüşlər yenidən başlayıb və bu, bir sıra mülki və hərbi itkilərə səbəb olub.

ABC.AZ xəbər verir ki, bu, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlama uzun olsa da, biz sizə əsas hissəni təqdim edirik: "Dağlıq Qarabağ Azərbaycanın sərhədləri daxilində olduğu üçün Macarıstan münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər