Şirkətlər icbari növ üzrə sığorta yığımını artırıb, ödənişləri isə azaldıb – Hesabat

15:55 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 162 797,2 min manat həcmində sığorta haqqı yığılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 43 910,5 min manat ödəniş həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin müvafiq dövrünə nisbətən sığorta yığımları 5,6% artıb, ödənişlər isə 14,5% azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər