Qeyri-həyat sığortası növləri üzrə də yığımlar azalıb – 15 faizə yaxın

16:22 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank şirkətlərin yanvar-avqust aylarında icbari sığorta növləri üzrə bəzi göstəriciləri açıqlayıb.

ABC.AZ ölkənin əsas Bankının hesabatına istinadən xəbər verir ki, sözügedən müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 19,2% artaraq 37 939,3 min manat, ödənişlər isə 22,6% azalaraq 1 376,8 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 124 858 min manat sığorta haqqı yığılıb, 42 533,7 min manat həcmində ödəniş edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,1% artım və 14,2% azalma deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər