Neft ötən həftə düşdükdən sonra bahalaşır, Brent barel başına $40,10 təşkil edir

09:59 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Bazar ertəsi etalon markaların qiymətləri ötən həftənin yekunlarına görə nəzərəçarpacaq dərəcədə azaldıqdan sonra artır.

Saat 9:21-də London ICE Futures birjasında Brent markalı neftin dekabr ayı üçün fyuçersi $0.83 (2,11%) – barrel başına $40,10 qədər yüksəldi. Oktyabrın 2 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in dekabr ayı üçün neft fyuçersinin qiyməti 1,66 (4,1%) - barrel başına 39,27 dollara düşüb.

Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX )WTI-nin noyabr ayına olan fyuçers ticarətində $0,89 (2,40%) – barel başına $37,94 səviyyəsinə yüksəldi. Oktyabrın 2-də hərracların nəticələrinə görə, noyabr fyuçersləri $1,67 (4,3%) – $37,05 qiymətinə düşüb.

Ötən həftə Brent markalı neft 8%, WTI - 7,4% ucuzlaşıb.

 

Bütün xəbərlər