Gürcüstanda yoluxanların sayı 600-ə çatır – Yeni rekord

11:45 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Gürcüstan ərazisində virusa yoluxanların sayında yenidən rekord səviyyədə artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 578 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə, 375 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 8,696 nəfərə çatıb. Onlardan 4,619 nəfəri isə tam olaraq sağalıb.

Ümumilikdə 52 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər