Bu kartların sayı artıb – Nazirlik hesabat verdi

14:27 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı ilin əvvəli ilə müqayisədə 0,6% artıb.

ABC.AZ Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında verilən e-sağlamlıq kartlarının sayı 85 564 ədəd artaraq 13 968 375 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 1999 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı ilin əvvəlindən 1,7% artaraq 114 940-a çatıb. Cari ilin doqquz ayı ərzində tibbi müayinədən keçən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 15 759 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 399 083 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 4,1% üstələyir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər