Sonuna qədər Azərbaycanın yanındayıq – Hulusi Akar

17:02 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Ermənistan insanlığa qarşı daha artıq günah işlətməməsi üçün işğal etdiyi torpaqları dərhal boşaltmalı, terror qrupları ilə əməkdaşlığa son qoymalı, bölgəyə gətirdiyi muzdlu hərbçiləri qısa bir müddətə bölgədən çıxarmalıdır.

ABC.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, 30 il boyu işğalı sükutla izləyənlər indi əraziləri torpaqların həqiqi sahiblərinə verilməsi üçün fəaliyyət göstərməlidirlər: "Sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olacağıq. Ermənistan hakimiyyəti başda öz xalqı olmaqla insanlıq vicdanında mütləq yaxın zamanda mühakimə olunacağını hamının bilməsi lazımdır. Buna heç kim şübhə etməsin”.

 

 

Bütün xəbərlər