Çavuşoğlu Bakıya gəlir - Cəbhədəki vəziyyəti müzakirə edəcək

11:17 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana işgüzar səfərə gəlir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə XİN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Həmçinin onum həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağdakı son vəziyyət, mövcud regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparacağı gözlənilir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər