BMT Baş katibi cəbhədəki vəziyyətlə bağlı çağırış etdi

11:22 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. BMT-nin Baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan münaqişəsi barədə dünyaya çağırş edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, A.Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan-Azərbaycan münaqişəsi zonasında təcili atəşkəsə nail olmaqda kömək etməyə çağırır.

Baş katib yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahat olduğunu da dilə gətirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər