Pandemiya bu bölgələrdə təhsilə mənfi təsir edib – Dünya Bankı

15:38 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Pandemiya bölgədəki təhsil və səhiyyəyə da mənfi təsir göstərib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə məruzəsində qeyd olunub.

Qeyd olunub ki, virus artıq minlərlə insanın ölümünə səbəb olub və sağ qalanların bir qismi səhhətlərinə dəyən uzunmüddətli ziyandan əziyyət çəkəcəklər.

"Məktəblərin bağlanması öyrənmə nəticələrində təhsil ilinin üçdə birindən tam bir ilədək itkiyə gətirib çıxara bilər. Bu, daha zəif müdafiə olunan ailələrdən olan şagirdlərə qeyri-mütənasib şəkildə təsir edərək bərabərsizliyi artıra bilər" deyə Dünya Bankından bildirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər