Koronavirusa yoluxanların sayı artır - 200-ə yaxınlaşır

16:02 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 41 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1 653 nəfərdir.

 

Bütün xəbərlər