İran prezidentindən dəstək gəldi – Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir

16:43 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. İran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlara toxunub.

ABC.AZ Türkiyə mətbuatına istinadən verdiyi xəbər verir ki, İran prezidenti jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyindən narahat olduğunu dilə gətirib.

H.Ruhani qeyd edib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər