Gürcüstanda koronavirusdan ölənlər artır – 66 nəfər oldu

11:50 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda koronavirusa 472 yeni yoluxma halı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 10 225 nəfərə çatıb.

Onlardan 5 533 nəfəri tam olaraq sağalıb.

Ümumilikdə 66 nəfər sözügedən virusdan həyatını itirib. Karantində 5 574, stasionar nəzarətdə isə 836 nəfər saxlaılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər