Ermənistan "KQB"-nin rəhbəri işdən azad olundu – Yerevanda nə baş verir?

14:05 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ermənistanda daxili çəkişmələr başlayıb.

ABC.AZ-ın məlumatına görə, bunun fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyanı vəzifəsindən azad edib.

Onun yerinə isə daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsini icra etmiş Mikael Hambardzumyan gətirilib.

Yerevanda bunu Arqişti Kəramyanın Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin strukturunda Rusiyada təhsil alan mütəxəssislər arasında kadrları işdən azad etməsi ilə əlaqələndirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər