Yoluxanlar yenə artdı – Gündəlik 200 nəfərə yaxınlaşır

16:04 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir.

 

Bütün xəbərlər