Yunanıstandakı səfirimiz geri çağrıldı – Səbəb

16:24 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycana qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in açıqlamasında qeyd olunub.

Bildirilib ki, bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.

Bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

 

Bütün xəbərlər