Qonşu ölkədə günlük yoluxma sayı 527 təşkil edib – 72 ölüm var

12:11 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında artım müşahidə olunub.

ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində ölkədə 527 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə, 313 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 10.752 nəfərə çatıb.

Onlardan 5.866 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 72 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 5.574 stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

 

Bütün xəbərlər