Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

12:13 - 10.10.2020


10 oktyabr, Fineko/abc.az. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, Azərbaycan XİN başçısı M.Çavuşoğlunu Rusiyanın paytaxtı Moskvadakı görüş barədə məlumatlandırıb.

Mövlud Çavuşoğlu Ceyhun Bayramova Türkiyənin ancaq Azərbaycanın qəbul etdiyi qərarları dəstəkləyəcəyini bildirib.

 

Bütün xəbərlər