Əgər istəsələr bütün silahlarımız Azərbaycanın sərəncamında olar – Pakistanın baş naziri

10:26 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Pakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanında olduğunu bəyan edib.

O Azərbaycanla işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb: "İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə regionda sülhün bərqərar olması üçün vacibdir. Dost Azərbaycan xalqı və dövləti bizim etibarlı müttəfiqimizdir. Əgər Azərbaycan dövləti bizdən hərbi dəstək istəsə, Pakistan Ordusunun bütün silahları qardaş ölkənin sərəncamındadır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər