Fevralın 7-nə olan hava proqnozu açıqlanıb

14:54 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Sabah, fevralın 7-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10,  Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı xəbər verilir.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın bölgələrində sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı  proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 

Bütün xəbərlər