Parlamentin spikeri Rusiyaya yola düşdü

15:10 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Azərbaycan Parlamentinin nümayəndə heyəti spiker Oqtay Əsədovun başçılığı ilə  bu gün  Rusiyaya  səfərə yola düşdü.

Parlamentin məlumatında deyildiyi kimi, Parlament nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə tədbirdə iştirak edəcək.

“Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildirlər”, - məlumatda belə deyilir.

Parlament nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Rusiya Federasiyası Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Tədbir çərçivəsində Heydər Əliyev Fondu bu mövzuda sərgi təşkil edəcək.

Səfər fevralın 7-də başa çatacaq.

 

Bütün xəbərlər