Biznes kreditləri üçün 3000-dək müraciət qeydiyyata alınıb - 90 milyon pul veriləcək

12:24 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən 13 oktyabr tarixinədək kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes krediti üçün 3000-dək müraciət qeydiyyata alınıb.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, artıq 346 müraciət üzrə ümumi həcmi 90 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib.

Hazırda digər müraciətlərə baxılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər