Çanaqqala şəhərinin mərkəzi Azərbaycan bayrağına büründü – Foto

12:37 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Türkiyənin daha bir şəhərində Azərbaycana dəstək nümayiş etdirilib.

ABC.AZ-ın məlumatına görə, bu dəfəki dəstək Çanaqqala Bələdiyyəsi tərrəfindən göstərilib.

Belə ki, adıçəkilən şəhərin Fetvane küçəsindəki tarixi Saat qülləsi Azərbaycanla bərabərlik və birliyi tərənnüm etmək üçün bayrağımızla işıqlandırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər