Rusiyadan, Fransadan Ermənistana silahlar göndərilir – Ərdoğan

17:31 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışaraq sərt açıqlamalar verib.

ABC.AZ xəbər verir ki, Ərdoğan 30 ildir oturub, danışıb gedirlər deyə həmsədr ölkələri tənqid edib.

"Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarın, bu, çətin deyil. İndi azərbaycanlı qardaşlarımız ermənilərlə mücadilə aparır. Bizimlə əlaqə saxlayanlar deyirlər ki, Suriyadan döyüşçü göndərirsiniz. Bizim belə bir dərdimiz yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verməyə hazırıq və verəcəyik. Amma Minsk Qrupu üçlüyünün dəstəyini niyə qeyd etmirsiniz. Rusiyadan, Fransadan Ermənistana bu qədər silahlar göndərilir. Bunları niyə demirsiniz? Bunların qarşısında səsiz qalırsınız. Deyirsiniz ki, Azərbaycana Suriyadan döyüşçülər gəlir. Onların öz torpaqlarında işi var, oraya getməzlər”.

 

Bütün xəbərlər