Daha bir sığorta şirkəti yaradıldı – Mərkəzi Bank lisenziya verdi

10:28 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə lisenziya verib.

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondundan bildiriblər.

Qeyd olunub ki, yaxın günlərdə aqrar sığorta qaydalarının da qəbul edilməsi gözlənilir, bundan sonra aqrar sığorta sistemi işə düşəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər