Gürcüstanda yeni rekord – Bir gündə 919 nəfər koronaya yoluxub

14:35 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında kəskin artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə koronavirusa 919 yeni yoluxma halı qeydə alınıb ki, buda bu günədək Gürcüstanda rekord yoluxma halı hesab olunur.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 207 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 14.440 nəfərə çatıb. Onlardan 7 367 nəfəri isə tam olaraq sağalıb.

Ümumilikdə 113 nəfər sözügedən virusdan həyatını itirib.

 

Bütün xəbərlər