Bakının bu rayonlarındakı məktəblərdə monitorinq aparılıb – Siyahı

14:50 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması üçün Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb.

ABC.AZ xəbər verir ki, aparılmış yoxlamaların nəticəsində  məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin  gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və  tibb bacıları cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər