Hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək – Yoluxma ilə bağlı TƏBİB-dən açıqlama

16:09 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib.

ABC.AZ xəbər verir ki, bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

O qeyd edib ki, günlük yoluxmanın  mənfi tendensiya üzrə inkişaf etməsi görsənir.

"Hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək. Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik" deyə TƏBİB rəsmisi bildirib.

 

Bütün xəbərlər