Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

13:40 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi,  görüş əsnasında Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.

“Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilmişdir. Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd etdilər”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər