Sabah Bakıda yağış yağacaq

13:14 - 11.10.2017


12 oktyabr tarixində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın  bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Məlumatda deyilir: “Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir”.

Ölkə regionlarının bəzi yerlərində yağış yağacaq, qərb küləyinin sürəti arabir güclənəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə, dağlıq ərazilərdə gecə 2-6 dərəcə, gündüz 6-11 dərəcə təşkil edəcək.

 

Bütün xəbərlər