Türkiyə və Azərbaycanın XİN başçıları ermənilərin hərbi cinayətlərini müzakirə ediblər

23:30 - 17.10.2020


17 oktyabr, Fineko/abc.az. Bu ilin 17 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

ABC.AZ xəbər verir ki, Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması halı olduğunu və bunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb və həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Nazir Ceyhun Bayramov hər zaman Azərvaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.

 

Bütün xəbərlər