Koronavirusun ən çox yayıldığı şəhər və rayonlar – Siyahı

11:48 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Son günlər COVID-19-a yoluxmanın artması müşahidə olunur.

ABC.AZ Koronavirus.info-ya istinadən ölkə üzrə koronavirusa yoluxan şəhər və rayonların statistikasını açıqlayıb.

Statistikaya əsasən, 55.9 faizlə ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Abşeronda yoluxma 14. 9 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir. Naxçıvanda yoluxma 0.09 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.

 

Bütün xəbərlər