Qonşu ölkədə virusdan ölənlərdə artım var – Bir gündə 14 nəfər vəfat edib

12:07 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Gürcüstanda koronavirusa yoluxanların sayında sürətlə artım davam edir.

ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində Gürcüstanda ölkə üzrə 1,351 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 337 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 21,208 nəfərə çatıb.

Onlardan 9003 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 14 nəfərin ölməsi ilə bərabər ümumilikdə 172 nəfər həyatını itirib.

 

Bütün xəbərlər