Ceyhun Bayramov Lavrovla görüşdü

15:38 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada işgüzar səfərdədir.

ABC.AZ-ın məlumatına görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov artıq Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.

Rusiya XİN-nin yaydığı məlumata görə, söhbət zamanı Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmalarının icrasına dair aktual məsələlər müzakirə edilib.

 

Bütün xəbərlər