İnsanlardakı rahatlanma bu nəticəyə gətirib çıxardı – TƏBİB rəsmisi

12:23 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva AzTV-yə müsahibə verərək koronavirusun sürətlə yayılması və görülməli olan tədbirlərdən danışıb.

ABC.AZ-ın məlumatına görə, Y. Qarayeva payız-qış aylarında virusa yoluxma sayında artımın olacağının əvvəldən bilindiyini qeyd edib.

"Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında “COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir” deyə TƏBİB rəsmisi bildirib.

 

Bütün xəbərlər