Hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib - Yaqut Qarayeva

12:24 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva AzTV-yə müsahibəsində koronavirusun sürətlə yayılması və qarşıda nələrin gözlənildiyi barədə məlumat verib.

ABC.AZ-ın məlumatına görə, Y.Qarayeva yanvar ayının sonlarından Operativ Qərargahın xüsusi planlar hazırladığını, lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şeyin dəyişdiyini qeyd edib: “Bizim kifayət qədər çarpayı ehtiyacımız var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hazır vəziyyətdə olsunlar ki, hərbçilərimizə kömək eləsinlər. Xəstəlik insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı 2 həftə orada müalicə olunur. Bu, ciddi problemdir”.

 

Bütün xəbərlər