Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək – İlham Əliyev

14:19 - 22.10.2020


22 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib.

ABC.AZ-ın məlumatına görə, görüş zamanı dövlət başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

Prezident qonağa bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz, orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik deyə bildirib. "Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar.

Gəncəyə iki namərd hücum və şəhərin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir".

 

Bütün xəbərlər