Daha bir yol yenidən qurulur – Foto

16:44 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (“VAZ dairəsi”) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometrlik hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ABC.AZ-a bildirilib ki, Ceyranbatandan “VAZ dairəsi” istiqamətində 3 kilometrlik ərazidə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir.

Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 kilometr təşkil edir.

Bundan başqa, magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək beton arakəsmələrlə əvəzlənəcək. Aparılan işlər zamanı Sumqayıtdan “VAZ dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb.

 


Bütün xəbərlər