“Atəşgah Sığorta”-nın yığımları kəskin azalıb – Şirkətdə nə baş verir?

11:22 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. “Atəşgah Sığorta” şirkətinin yığımlarındakı kəskin azalma tendensiyası davam edir.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, açıqlanan hesabatda şirkət bu ilin 9 ayında 18,720 mln. manat sığorta haqqı toplayıb.

Bu isə 2019-cu ilin yanvar-sentyabr ayları müqayisədə 9,157 mln. manat və ya 32,85% azalma deməkdir. Belə ki, şirkət ötən il 27,877 mln. manat həcmində sığorta haqı toplamışdı.

Bu onu göstərir ki, şirkətdə satışın həcmi, o cümlədən müştərilərin sayı kəskin azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər