Ötən ay Azərbaycana bu avtomibillər gətirilib – Siyahı

16:47 - 29.10.2020


29 oktyabr, Fineko/abc.az. Sentyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 5454 ədəd olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə gətirilən avtomobillərin dəyəri 63 milyon 156 min ABŞ dollar təşkil edib.

Ötən ay ölkəyə gətirilən avtomobillərin 21-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5010-u əsasən adamların daşınması üçün minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 417-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 6-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər