Dərslər yenidən distant formada keçiləcək – Yeni qərar

10:53 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Azərbaycanda təhsil yenidən distant formada keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulub.

Qərara əsasən, Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər