İş adamı hərbçilərimizə maşın hədiyyə etdi – Foto

16:01 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Azərbaycanda gənc biznesmen Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib.

ABC.AZ xəbər verir ki, o, işlək vəziyyətdə olan “Hummer h3” markalı “pikap”ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib.

Sərhəd Xidmətinin əməkdaşları ilə görüşən sahibkar bildirib ki, bir iş adamı kimi daim dövlətimizin və dövlətçiliyimizin yanındadır.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər