“Yaşıl Kart”ları belə əldə etməlisiz – Detallar

16:35 - 30.10.2020


30 oktyabr, Fineko/abc.az. Son zamanlar nəqliyyat vasitəsi sahiblərinin beynəlxalq sığorta kartı olan “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair “İcbari Sığorta Bürosu”na (ISB) xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən məlumatlar daxil olub.

İSB-dən ABC.AZ-a verilən məlumata görə, bununla əlaqədar vətəndaşların diqqətinə çatdırılır ki, “İcbari Sığortalar haqqında” qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan "Yaşıl Kart"ını yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər