Ölkədə koronavirus infeksiyasına 1175 yoluxma faktı qeydə alınıb - Günün Statistikası

18:18 - 1.11.2020


1 noyabr, Fineko/abc.az.  Azərbaycanda koronavirus infeksiyasına daha 1175 yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 56 min 444 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 44 min 157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib. Aktiv xəstə sayı 11547 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 363 min 539 test aparılıb. Bugünkü test sayı isə 10632-dir.

Bütün xəbərlər