Bu xəstəxanada yeni təyinat – TƏBİB rəhbəri əmr imzaladı

09:57 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı yeni əmr imzalayıb.

ABC.AZ-ın məlumatına görə, əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin edilib.

Qeyd edək ki, P.Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib.

Bütün xəbərlər