Yeddi illik ABŞ şirkəti Azərbaycandan gedir – Kreditorlara müraciət

14:50 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Uzun zamandır Azərbaycanda fəaliyyət göstərən ABŞ şirkəti buradakı filialını bağlayır.

ABC.AZ-ın məlumatına görə, boru kəməri həlllərini təqdim edən "T.D.Williamson S.A." şirkəti kreditorlara müraciət edib.

Şirkət kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti küçəsi, ev 37, mənzil 16 ünvanına bildirmələrini xahiş edib. Qeyd edək ki, nümayəndəlik 2013-cü ildə dövlət qeydiyyatına alınmışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər